`Atletiko`dan `Liverpul`a 1 güllə..Video

single-news
23 Apr 2010

`Atletiko`dan `Liverpul`a 1 güllə..Video



Avroliqanın ilk yarımfinal oyunları keçirilib. Sabiq UEFA kubokunun yeni formatının ilk qalibi olmaq üçün mübarizə `Atletiko` ilə` Liverpul`un mücadiləsi daha çox maraq doğururdu. Maraqlıdı ki, hər iki komandada 2 aparıcı sima  - Aquero və Torres oyunu buraxmalı olmuşdu. Torresin `Atletiko`nun yetirməsi olduğunu da xatırladaq. Oyuna gəlincə görüşdə cəmi 1 qol vuruldu. Oyunun 9-cu dəqiqəsində ispanların əsas qoleadoru Forlanın vurduğu qol həlledici oldu. Maraqlıdı ki, `Liverpul` son 2 mərhələdə də evə məğlub yollansa da sonda istəyinə çatmışdı. Görəsən, bu dəfə necə olacaq?

Digər yarımfinal cütlüyündə isə boyundan yetərincə yuxatı tullanmış `Fulhem` möcüzəsi davam edir. İngilislər Avroliqanın finalın keçiriləcəyi Hamburqun eyni adlı komandasının qonağı olaraq eyni şəhərə 2-ci dəfə yollanmaq üçün lazımi nəticəni qazana bildi. Hər halda Almaniyada qazanılan qolsuzluq Londonda Hocsonun yetirmələrinin işinə yarıya bilər.

`Atletiko` - `Liverpul` 1:0

Paylaş

// pop up