Avro 2016-da rəqiblərimiz bəllidi

single-news
24 Fev 2014

Avro 2016-da rəqiblərimiz bəllidi



2016-cı ildə Fransada təşkil olunacaq futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
Nitsa şəhərində baş tutan püşkatmada iştirak edən 53 komanda UEFA-nın reytinq siyahısına uyğun olaraq 6 səbətə bölünüb. Azərbaycan milli komandası V səbətdə yer alıb.
Püşk zamanı isə komandalar hərəsində 6 yığma olmaqla 8 qrupa bölünüb. Lakin sonuncu - 9-cu qrupda 5 komanda final mərhələsinə vəsiqə qazanmaq uğrunda yarışacaq.

H qrupunda mübarizə aparacaq  yığmamızın da rəqibləri məlum olub. Belə ki, Berti Foqtsun komandası İtaliya, Malta, Bolqarıstan, Norveç və Xorvatiya ilə bir qrupda yer alıb.
Avropa çempionatları tarixində ilk dəfə olaraq `Avro-2016`nın final mərhələsində 16 deyil, 24 komanda iştirak edəcək. Bu isə o deməkdir ki, seçmə mərhələni ilk iki pillədə başa vuracaq yığmalar birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. Seçmə mərhələni üçüncü bitirəcək milli komandalar isə pley-off oyunlarından sonra bu hüquqa yiyələnə biləcəklər.
2014-cü il

9 sentyabr, saat 21:00

Azərbaycan – Bolqarıstan
 
10 oktyabr, saat 23:45

İtaliya – Azərbaycan
 
13 oktyabr, saat 23:45

Xorvatiya – Azərbaycan
 
16 noyabr, saat 21:00

Azərbaycan – Norveç
 
2015-ci il

28 mart, saat 21:00

Azərbaycan – Malta
 
12 iyun, saat 23:45

Norveç – Azərbaycan
 
3 sentyabr, saat 21:00

Azərbaycan – Xorvatiya
 
6 sentyabr, saat 21:00

Malta – Azərbaycan
 
10 oktyabr, saat 21:00

Azərbaycan – İtaliya
 
13 oktyabr, saat 23:45

Bolqarıstan – Azərbaycan

Paylaş

// pop up