Avroliqa: `Borussiya` - `Qarabağ`. Barrios və Kaqava
Avroliqa: `Borussiya` - `Qarabağ`. Barrios və Kaqava
Avroliqa: `Borussiya` - `Qarabağ`. canlı
“BORUSSİYA”: Roman Verdenfeller, Neven Subotiç, Sebastyan Kel, Nuri Şahin, Mats Hummels, Yakub Blaçikovski, Lukas Barrios, Kevin Qrosskroyts, Şinyi Kaqava, Lukaş Pişçek, Marsel Şmeltser.
Baş məşqçi: Yurgen Kloop.
“QARABAĞ”: Fərhad Vəliyev, Maksim Medvedyev, Rəşad Sadiqov, Emin İmaməliyev, Rauf Əliyev, Samir Abasov, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Andrey Rubins, Georgi Adamiya.
Ehtiyat oyunçular: Sahil Kərimov, Aftandil Hacıyev, Zaur Həşimov, Namiq Yusifov, Aslan Kərmiov, Elvin Məmmədov, Vüqar Nadirov.
Baş məşqçi: Qurban Qurbanov.
* Oyunun keçirildiyi "Siqnal İduna Park" stadionu demək olar ki, tam dolub. 80 mindən artıq tutuma malik arenada möhtəşəm atmosfer var. Bu, Azərbaycan klublarının tarixində ilk belə hadisədir ki, komandamızın oyununu bu qədər sayda futbolsevər izləyir
Tarixi oyun başladı. “Qarabağ”ımıza uğurlar!!!
Oyuna meydan sahibləri başladı
3. Hələlik meydan sahibləri hücum təşkil etməyə çalışır. Komandamız inamla müdafiə olunur
4. Nuri Şahinlə Kaqavanın sayəsində almanlar ilk təhlükəli hücumlarını təşkil etsələr də, Fərhad inamlı oynayır
5. Adamiya fərdi ustalığı sayəsində rəqib müdafiəçilərdən sıyrılıb qapıya zərbə endirsə də, top azca fərqlə çölə çıxır
7. Meydan sahiblərinin müəyyən ərazi üstünlüyü olsa da, komandamız adlı-sanlı rəqibi ilə başa-baş mübarizə aparır
9. "Qarabağ"ımız üçün əks-hücum imkanı...Adamiya topa yetişə bilmir
11. Daha bir əla əks-hücum...Rubins sürətlə irəliləyir. Lakin onun qapı ağzına ötürməsini rəqib müdafiəçilər uzaqlaşdırır
13. Kaqava uzaqdan zərbəylə hesabı açır – 1:0. Fərhad topa toxunsa da, bu qola mane olmaq üçün yetərli olmur
17. Nuri Şahinin qapıya zərbəsini Fərhad çətinlik çəkmədən tutur
19. Hummels cərimə zərbəsindən göndərilən topu qapıya göndərmək istəsə də, Fərhad yenə dəqiq oynayır.
21. Lukas Barriosun uzaqdan elə də qüvvətli olmayan zərbəsini Fərhad zərərsizləşdirə bilmir və ikinci qol qapımızdan keçir - 2:0
24. "Qarabağ"ımız künc zərbəsini yerinə yetirir. Qol vurmaq üçün əla imkan olsa da, son anda rəqib futbolçular təhlükəni sovuşdurur
27. Təəssüf...Müdafiəçilərimizin tək buraxdığı Barrios bu dəfə cərimə meydançasına göndərilən topu başla qapıdan keçirdi – 3:0
35. Rəqibin təhlükəli hücumunun qarşısını Maksim çətinliklə də olsa ala bildi
35. Rəqibin təhlükəli hücumunun qarşısını Maksim çətinliklə də olsa ala bildi
39. "Qarabağ"ımızın əks-hücum üçün gözəl imkanı olsa da, rəqib müdafiəçilər bu dəfə də sayıqlığını itirmir
41. Komandamız daha bir qol buraxır. Kaqava da Barrios kimi başla dəqiq oynayaraq, dublunu rəsmiləşdirir - 4:0
43. Kelin zərbəsi qapıdan yan keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
“Qarabağ”ımıza ikinci hissədə uğurlar arzulayırıq və ümid edirik ki, komandamızın üzvləri ən azı vacib səfər qoluna imza atmağı bacaracaqlar
46. "Qarabağ"ımız ikinci hissəyə 2 əvəzetməylə başlayır. Baş məşqçimiz Qurban Qurbanov Emin İmaməliyevin yerinə Namiq Yusifovu, Rauf Əliyevin əvəzinə isə Vüqar Nadirovu meydana buraxır
48. Meydan sahibləri ikinci hissəyə də hücumlarla başlayıb. Subotiçin künc nöqtəsindən göndərilən topa baş zərbəsi üstdən keçir
49. "Borussiya"nın da heyətində əvəzetməyə əl atılır. Blaçikovskini Qötse əvəzləyir
51. Komandamız cərimə zərbəsi qazanır. Lakin Rəşad Sadıqovun zərbəsini rəqib müdafiəçilər qaytara bilir
55. Hummels Rubinsə qarşı kobud oynadığına görə, oyunda ilk sarı vərəqənin müəllifinə çevrilir.
56. Rəşad Sadıqovun zərbəsi yenə müdafiəçilərdən dönür. Epizodun davamında rəqibin təhlükəli əks-hücumu. Yenə Maksim əla oynayır və Kaqavanın qol vurmasına imkan vermir
59. Rəqibin əks-hücumu. Müdafiəçilərimiz topu kornerə çıxarmaq bahasına hücumun qarşısını alır.
60. Rəqib künc zərbəsini yerinə yetirir. Lakin Subotiç Admirə qarşı kobud oynayır. Futbolçumuz zədələnir
61. Subotiç oyunda ikinci sarı vərəqə alan futbolçu olur
63. Komandamız artıq bir qədər fəallığı artırmağa nail olub. Ümid edək ki, futbolçularımız rəqib qapısına yol tapmağa da nail olacaqlar
66. Aqolliyə qarşı kobudluq. Cərimə zərbəsindən heç nə alınmır
67. Sebastyan Keli Sven Bender əvəzləyir
69. Vüqarın qapıya zərbəsi. Rəqib qapıçı topu tutmağı bacarır
70. Kaqava daha bir qol vurur. Lakin hakim oyundankənar vəziyyət qeydə alır
71. Kaqava da əvəzlənir. Kloop onun əvəzində meydana Robert Levandovskini buraxdı
72. Komandamızın heyətində isə məcburi əvəzləməyə əl atılır. Zədələnən Admir Telini Zaur Həşimov əvəzlədi
73. Şmeltserin qapıya zərbəsi. Fərhad bu dəfə sayıqlığını itirmir və topu qaytarmağı bacarır
77. Barrios da fərqlənir. Lakin o da oyundankənar vəziyyətdən sonra...
81. Bender Rəşad Sadiqova qarşı kobud oynayır və növbəti sarı vərəqə alan futbolçu olur
85. Nuri Şahinin uzaqdan zərbəsi yan keçir
Komandamız hücumlar təşkil etməyə çalışsa da, rəqib müdafiəçilər səhvsiz oyunu ilə futbolçularımıza şans yeri qoymurlar
90. Vəliyev Levandovskinin qüvvətli zərbəsini tutur
Oyun başa çatdı. "Qarabağ"ımız Dortmunddan sərfəli nəticə ilə dönə bilmədi. Bunu çox arzulasaq da, qeydə alınan böyükhesablı məğlubiyyətin əvəzini çıxmaq çətin görünür. Ümid edək ki, doğma divarlar arasındakı oyunda təmsilçimiz ən azı qələbə qazanmaqla “Borussiya”ya öz gücünü göstərməyi bacaracaq. Komandamıza növbəti oyunda uğurlar arzulayırıq!