AVROPA ÇEMPİONATI, SEÇMƏ MƏRHƏLƏ: HAKİMLƏR BƏLLİDİR ...
30 Avq 2006
AVROPA ÇEMPİONATI, SEÇMƏ MƏRHƏLƏ: HAKİMLƏR BƏLLİDİR ...
Futbol üzrə Azərbaycan milli komandasının 2008-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirəcəyi ilk iki oyunu idarə edəcək hakimlərin adları müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, sentyabrın 2-də Belqradda Serbiya ilə qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Knut Kirçerin köməkçiləri həmyerliləri Volker Vezel və Harri Ehing olacaq. Yığmamızın dörd gün sonra sentyabrın 6-da Bakıda Tofiq Bəhramov adına stadionda Qazaxıstan millisi ilə keçirəcəyi görüşü idarə etmək macarıstanlı hakimlərə tapşırılıb. Beynəlxalq dərəcəli hakim Zslot Zaboya ölkəmizin baş arenasına əsas, Peter Hegyi və Robert Kispal isə meydana yan xətt hakimi qismində çıxacaqlar. Azərbaycan – Qazaxıstan qarşılaşmasının hakim-inspektoruna gəlincə, UEFA bu səlahiyyəti türkiyəli Orhan Erdemirə verib.