AVROPA ÇEMPİONATININ PÜŞKÜ ATILDI
3 Dek 2007
AVROPA ÇEMPİONATININ PÜŞKÜ ATILDI
İsveçrənin Lüstern şəhərində qarşıdan gələn yayda keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılıb. Avstriya və İsveçrənin müştərək olaraq təşkil edəcəyi çempionatda ilk növbədə diqqətləri ən çox cəlb edən C qrupu oldu. “Ölüm” qrupunda son DÇ-nin finalçıları İtaliya və Fransa eyni zamanda seçmə mərhələdədə bir-biriylə qarşılaşmışdılar. Maraqlıdı ki, onların rəqibləri Hollandiya və Ruminiya da qruplarında hamını qabaqlayaraq son 16-lığa düşməyə haqq qazanıb. Qonşu Türkiyə millisi İsveçrə, Çexiya, Portuqaliya ilə eyni qrupda mübarizə aparacaq. Çempionat iyunun 7-si başlayacaq, ayın 29-u isə çempionun adı bəlli olacaq.
A | B | C | D |
Isveçrə | Avstriya | Hollandiya | Yunanıstan |
Çexiya | Xorvatiya | İtaliya | İsveç |
Portuqaliya | Almaniya | Fransa | İspaniya |
Türkiyə | Polşa | Ruminiya | Rusiya |