Avropa Klublar Birliyinin regional iclası keçirildi

Avropa Klublar Birliyinin regional iclası keçirildi
Bu gün Bakıda Avropa Klublar Birliyinin (ECA) regional iclası keçirilib. "Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə paytaxtımızda baş tutan iclasda Türkiyə, ("Beşiktaş", "Fənərbaxça", "Başakşehir") İsrail ("Makkabi" (Hayfa), "Makkabi" (Tel-Əviv)) və MDB ölkələrinin ("Zenit", "Zimbru", "Daçia", "Dinamo" (Minsk), ÇSKA (Moskva), "Lokomotiv" (Moskva), "Jalgiris"), "Neftçi", "Qəbələ" və “Qarabağ” klublarının nümayəndələri iştirak edib. İclasda 2021-24-cü illərdə baş tutacaq yarışların reqlamenti və keçirilməsi, Avropa Liqası-2 turnirinin mahiyyəti müzakirə olunub. Qeyd edək ki, klubumuzun baş meneceri Asif Əsgərov Avropa Klublar Birliyinin İşçi qrupunun büro üzvüdür.
Martın 25-də Amsterdamda isə Avropa Klublar Birliyinin baş assembleyası keçiriləcək, burada regional iclasda səsləndirilən fikirlər ümumiləşdirilərəcək və daha sonra UEFA-ya təqdim olunacaq.