Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində potensial rəqiblərimiz məlum oldu

single-news
19 İyl 2021

Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində potensial rəqiblərimiz məlum oldu



UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

 

Komandamız bu mərhələyə yüksəlsə, AEL (Kipr) – “Vlajniya” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

 

"Qarabağ" FK-nın 2-ci təsnifat mərhələsindəki rəqibi İsrail təmsilçisi "Aşdod"dur.

Paylaş