Avropa Liqası: "Qarabağ"ımızın rəqibi məlum oldu

single-news
17 Avq 2018

Avropa Liqası: "Qarabağ"ımızın rəqibi məlum oldu



“Qarabağ”ımızın UEFA Avropa Liqasının pley-offundakı rəqibi müəyyənləşib. Komandamız qrup mərhələsinə vəsiqə uğrunda Moldova çempionu “Şerif”lə mübarizə aparacaq.

Tiraspol təmsilçisi Avroliqanın üçüncü təsnifat mərhələsində İslandiyanın “Valyur” klubunu mübarizədən kənarlaşdırıb.  İlk oyunda 1:0 hesabı ilə qalib gələn “Şerif” cavab matçında 1:2 hesabı ilə uduzsa da, səfərə qolu sayəsində mərhələ adlayıb. 

 "Qarabağ"ımızın Moldovanın "Şerif" klubuyla ilk qarşılaşması avqustun 23-ü səfərdə, cavab matçı isə 30 avqust tarixində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Paylaş