Avropada kim aldı, kim satdı?
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5690.jpg)
10 Sen 2012
Avropada kim aldı, kim satdı?
Transfer pəncərəsi başa çatdı. İsti yay günlərində olduqca hərəkətli dəqiqlər keçirib, heyətinə yeni futbolçular qatan klublar böyük məbləğdə pulları yeni transferlərə xərclədi.
Artıq arxada qalan transfer dönəminən ən çox pul xərcləyən klubları müəyyənləşib. 10 klubun yer aldığı siyahıda ən çox diqqəti çəkən Çempionşipdən Premyer Liqaya yüksələn “Satqempton”du. Ötən transfer dönəminin çempionu “Mançester Siti” isə “bayrağı” PSJ-yə təqdim etdi. Rusiyanın “Zenit” klubu isə xərclədiyi pullarla futbol gündəminə bomba kimi düşdü.
1. PSJ (Fransa)
Xərclənən pul: 147 milyon avro
Gəlir: 2.75 milyon avro
Fərq: 144.25 milyon avro
Heyətinə Zlatan İbrahimoviç, Tiaqo Silva və Ezekuel Lavezzi kimi superstarları qatan PSJ Lukas Moura və Andrea Pirlonun davamçısı olaraq göstərilən Marko Verratti kimi gələcəyin ulduzlarına müqavilə imzalatdırdı. 8 oyunçu ilə yollarını ayıran Paris klubu Milan Bisevaçdan qazandığı 2.75 milyon avrodan başqa gəlir əgə etmədi.
2. Zenit (Rusiya)
Xərclənən pul: 95 milyon avro
Gəlir: 750 min avro
Fərq: 94.25 milyon avro
Heç şübhəsiz ki, transfer dönəminin son günlərində gündəmin bir nömrəli klubu “Zenit” oldu. Halk və Aksel Vitsel üçün 95 milyon avrodan keçən rus klubu Alesandro Rosinanı “Siena”ya transfer haqqı almadan verdi və yalnız Sabols Huştinin satışından pul qazandı.
3. Çelsi (İngiltərə)
Xərclənən pul: 100.3 milyon avro
Gəlir: 10.45 milyon avro
Fərq: 89.85 milyon avro
Çempionlar Liqasının qalibi olduqdan sonra iştahı artan rus milyonçu Roman Abramoviçin “Çelsi”si transfer dönəminin ən hərəkəti klublarından biri oldu. Belçikalı superstar Eden Hazard üçün “Lill”ə 40 milyon avro ödəyən “zadəganlar” braziliyalı Oscar üçün “İnternasional”a 32 milyon avro verdi. Heyətinə 5 oyun qatan “Çelsi” 3 üzvünü birdəfəlik, 12 oyunçusunu isə icarə əsasında başqa klublara göndərdi. Kevin de Bruyneni “Verder”ə 450 min avroya icarəyə verən klub Raul Meyrelesi “Fənərbaxça”ya 10 milyon avroya satdı.
4. Bavariya (Almaniya)
Xərclənən pul: 70.3 milyon avro
Gəlir: 500 min avro
Fərq: 69.8 milyon avro
Almaniya nəhəngi “Atletik”in ulduz yarımmüdafiəçisi Xavi Martines üçün 40 milyon avrodan keçdi. Bundan başqa Şaqiri, Mandzukiç, Dantenin də aralarında olduğu 8 oyunçunu heyətinə qatdı. 7 futbolçusu ilə yollarını ayıran “Bavariya” yalnıh Nils Petersenin “Verder”ə icarəyə veriləsinə görə pul qazandı.
5. Mançester Yunayted (İngiltərə)
Xərclənən pul: 64.7 milyon avro
Gəlir: 11.1 milyon avro
Fərq: 53.59 milyon avro
“Arsenal”dan Robin van Persini transfer edərək böyük bir uğura imza atan “Mançester Yunayted” Dortmund “Borussiya”sının yapon ulduzu Şinji Kaqava və gənc Nik Povellə birlikdə 5 futbolçu alıb, 13-ü ilə yollarını ayırdı.
6. Mançester Siti (İngiltərə)
Xərclənən pul: 64.2 milyon avro
Gəlir: 24.3 milyon avro
Fərq: 39.9 milyon avro
Son Premyer Liqa çempionu transferin son həftələrinə qədər səssizliyini pozmasa da, son günlərdə 6 oyunçunu birdən heyətinə qatdı. “Everton”un gənc yarımmüdafiəçisi Jak Rodvell və “Fiorentina”lı Matiya Nastasiç üçün 15, “Benfika”lı Xavi Qarsiya üçün 20 milyon avro ödəyən “Mançester Siti” aralarında “hollan qəssabı” adlandırılan Nigel de Yonqun da olduğu 14 oyunçu ilə yollarını ayırdı.
7. Sautqemton (İngiltərə)
Xərclənən pul: 38 milyon avro
Gəlir: 0
Fərq: 38 milyon avro
Premyer Liqanın yeni iştirakçısı liqada yerini qoruya bilmək üçün önəmli transferlər etdi. Böyük klubların hədəfində olan “Boloniya”nın uruqvaylı ulduzu Qaston Ramiresi 15, “Barnli”dən gənc və istedalı Jay Rodrigesi 8.5, “Reyncers”dən Stiven Davisi 1 milyon avroya alan klub ümumilikdə 7 futbolçu transfer etdi. 13 futbolçu komandadan ayrıldı və Radhi Caydi karyerasını bitirdi.
8. Yuventus (İtaliya)
Xərclənən pul: 52.4 milyon avro
Gəlir: 18.25 milyon avro
Fərq: 34.15 milyon avro
Ötən mövsümün məğlubiyyətsiz İtaliya çempionu “Yuventus” heyətinə düz 17 futbolçu qatdı. Turin klubu ən çox transfer haqqını keçmiş oyunçusu Sebastian Covinkonu geri almaq üçün ödədi – 11 milyon avro. “Udineze”dən İsla və Asamoahı da alan “Yuve” aralarında Del Pyero, Felipe Melo və Milos Krasiçin də olduğu 30 futbolçusunu yola saldı.
9. Barselona (İspaniya)
Xərclənən pul: 33 milyon avro
Gəlir: 500 bin avro
Fərq: 32.5 milyon avro
“Valensiya” və İspaniya millisinin üzvü Jordi Albanın ardınca “Arsenal”dan Aleks Sonqu heyətinə qatadan “Barselona” Henrikeni “Palmeyras”a, Seydu Keytanı “Dalian”a, İbrahim Afellayı isə icarə əsasında “Şalke 04″ə göndərdi.
10. Liverpul (İngiltərə)
Xərclənən pul: 42.650 milyon avro
Gəlir: 10.45 milyon avro
Fərq: 32.15 milyon avro
Kenni Dalqlişin klassik ingilis futbolu sistemindən sonra Brendan Rodgerslə daha modern oyun sərgiləmək istəyən “Liverpul” bu sistemə uyğun futbolçular gətirmək üçün kassasının ağzını açdı. Joe Allen və Nuri Şahinlə orta sahəsini gücləndirən “qırmızılar” hücum xəttinə Borini, Samed Yeşil və Oussama Assaidi kimi futbolçuları qatdı. Maksi Rodriges, Dirk Kuyt və Alberto Auquilaninin də aralarında olduğu 9 futbolçunu yola salan “Liverpul” 35 funt-sterlinqə aldığı Andi Karrollu 1.25 milyon avro qarşılığında “Vest Hem”ə icarəyə verdi.