Avstriya gündəliyi – 06.07.2025
6 İyl 2025
Avstriya gündəliyi – 06.07.2025
Komandamızın Avstriya toplanışı davam edir. “Qarabağ” Zell-Am-Seenin Kaprun bölgəsində təşkil olunan hazırlıq prosesinin 4-cü gününü yekunlaşdırıb.
Komandamız günü iki məşqlə tamamlayıb. İlk hazırlıq prosesi fitnes zalında gerçəkləşib. Meydanda keçən ikinci məşq toplu çalışmalardan ibarət olub.
Qeyd edək ki, komandamız sabah Avstriyada ilk yoxlama oyununa çıxacaq. “Qarabağ”ın rəqibi Ukrayna təmsilçisi “Metallist 1925” olacaq.
