Avstriya gündəliyi – 12.07.2024
12 İyl 2024
Avstriya gündəliyi – 12.07.2024
Komandamız Avstriyada təşkil olunan təlim-məşq toplanışını davam etdirir. Tirol bölgəsində təşkil olunan hazırlıq prosesinin yeddinci günündə iki məşq baş tutub.
İlk məşq prosesi fitnes və topsuz təmrinlərdən ibarət olub. Günün ikinci yarısında gerçəkləşən hazırlıq prosesində komandamız toplu çalışmaları yerinə yetirib.
Qeyd edək ki, Avstriya toplanışı iyulun 17-dək davam edəcək