Avstriya gündəliyi – 13.07.2024
14 İyl 2024
Avstriya gündəliyi – 13.07.2024
Komandamız Avstriyada təşkil olunan təlim-məşq toplanışını davam etdirir. Tirol bölgəsində təşkil olunan hazırlıq prosesinin səkkizinci günündə iki məşq baş tutub.
İlk məşq prosesində futbolçular yüngül fiziki təmrinləri yerinə yetiriblər. Günün ikinci yarısında gerçəkləşən hazırlıq prosesi toplu və topsuz çalışmalardan ibarət olub.
Qeyd edək ki, Avstriya toplanışı iyulun 17-dək davam edəcək