Avstriyada 1 qollu oyun
1 İyl 2026
Avstriyada 1 qollu oyun
“Ferentsvaroş” (Macarıstan) - “Qarabağ” – 1:0
Yeni mövsümün hazırlığını davam etdirən “Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində günün ikinci, ümumilikdə isə üçünü yoxlama oyununu keçirib. Komandamız Macarıstanın “Ferentsvaroş” kollektivi ilə görüşüb.
Baş məşqçimiz Qurban Qurbanov bu qarşılaşmada yeni transferlərə də şans verib. Oyun rəqib komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandamız Avstriya toplanışı çərçivəsində yerli “VSG Tirol”a 4:0 hesabı ilə qalib gəlib, Ukrayna təmsilçisi “Xarkov”a 2:6 hesabı ilə məğlub olub.
