Avstriyada 4 qol

single-news
9 İyl 2024

Avstriyada 4 qol



"Kayzerslautern” – “Qarabağ” – 3:1

 

Komandamız Avstriyada təşkil olunan təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib. Qurban Qurbanovun yetirmələri Almaniya təmsilçisi “Kayzerslautern”lə qarşılaşıb.

 

Komandamız matça aşağıdakı start heyəti ilə başlayıb: Amin Ramazanov, Mateus Silva, Bədavi Hüseynov (k), Elvin Cəfərquliyev, Abbas Hüseynov, Patrik Andrade, Aleksey İsayev, Nəriman Axundzadə, Redon Cica, Hamidu Keyta, Musa Qurbanlı.

 

Qarşılaşmada hesab ilk yarının ortalarında açılıb. Almaniya klubu 24-cü dəqiqədə fərqlənib. Bu qoldan 15 dəqiqə sonra rəqib fərqi artırıb – 0:2. Fasilə ərəfəsində Aleksey İsayev penaltidən qol vurmağa yaxın olub. Yarımmüdafiəçi 44-cü dəqiqədəki imkandan yararlana bilməyib.

 

“Kayzerslautern” ikinci hissənin əvvəlində daha bir qol vurub. Komandamız bu toplardan birinin əv əvəzini çıxa bilib. 70-ci dəqiqədə Elvin Cəfərquliyev fərqlənib. Beləliklə, dörd qolun vurulduğu qarşılaşmada Almaniya klubu 3:1 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, komandamız bu gün daha bir yoxlama oyunu keçirəcək. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matçdakı rəqib Plzen “Viktoriya”sı olacaq.

Paylaş