Avstriyada 9 qol

single-news
7 İyl 2025

Avstriyada 9 qol



“Metallist 1925” – “Qarabağ” – 5:4

 

Komandamız Avstriyada təşkil olunan təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib. Qurban Qurbanovun yetirmələri Ukrayna təmsilçisi “Metallist 1925”lə qarşılaşıb.

 

Komandamız matça aşağıdakı start heyəti ilə başlayıb: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 81. Kevin Medina, 27. Toral Bayramov, 18. Dani Bolt, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 20. Kadi Borges, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 20. Nəriman Axundzadə.

 

Klublar arasında razılığa əsasən, görüş hərəsi 30 dəqiqə olmaqla dörd hissədən ibarət olub. İlk yarım saatda komandalar hərəyə iki dəfə fərqləniblər. Komandamızın heyətində Nəriman Axundzadə 3-cü və 13-cü dəqiqədə vurduğu toplarla dubla imza atıb. Rəqib komanda ikinci hissədə bir, üçüncü yarım saatda isə daha iki qol vurub.

 

Sonuncu hissə komandamızın üstünlüyü şəraitində keçib. Nəticədə Ukrayna təmsilçisi daha iki dəfə mərkəzə dəvət olunub. 96-cı dəqiqədə Aleksey Kaşukun zərbəsi dəqiq olub. 114-cü dəqiqədə isə Emmanuel Addai penaltidən fərqlənib. Qalan dəqiqələrdə komandamız bərabərlik qolu üçün hücuma atılsa da, bunu reallaşdırmaq mümkün olmayıb. Nəticədə 9 qolun vurulduğu matçda “Metallist 1925” 5:4 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, komandamız iyulun 11-də Niderland klubu “Tvente” ilə iki yoxlama görüşü keçirəcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 17:00 və 19:15-də start götürəcək.

Paylaş

// pop up