Avstriyada böyükhesablı qələbə

single-news
28 İyn 2026

Avstriyada böyükhesablı qələbə



“VSG Tirol” (Avstriya) - “Qarabağ” – 0:4

Kamilo Duran (1), Zakaria Savo (3)

 

Yeni mövsümün hazırlığını davam etdirən “Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Komandamız yerli “VSG Tirol” kollektivi ilə görüşüb.

 

Oyun futbolçularımızın üstünlüyü şəraitində keçib. Birinci hissədə komandamız Zakaria Savonun qolu sayəsində fasiləyə öndə yollanıb.

 

İkinci hissədə rəqib qapısına daha 3 qol vuran “Qarabağ” 4:0 hesablı qələbə qazanıb. Yeni transferimiz Zakaria Savo het-trikə imza atıb.

Paylaş

// pop up