Avstriyada ikinci qələbə

single-news
16 İyl 2024

Avstriyada ikinci qələbə



“Qarabağ” – “Slaven” – 1:0
Musa Qurbanlı, 72

 

Komandamız Avstriya toplanışında növbəti yoxlama oyununu keçirib. Qurban Qurban Qurbanovun yetirmələri Xorvatiya “Slaven”i ilə qarşılaşıb.

 

Belupo təmsilçisi ilə matçda aşağıdakı start “11-liy”i meydana çıxıb: Sadiq Məmmədzadə, Bədavi Hüseynov (k), Mateus Silva, Elvin Cəfərquliyev, Abbas Hüseynov, Aleksey İsayev, Patrik Andrade, Nəriman Axundzadə, Hamidu Keyta, Redon Cica, Musa Qurbanlı.

 

Qarşılaşmada bir qol vurulub. İkinci hissənin ortalarında Musa Qurbanlı rəqib qapısına yol tapıb. Bu qol komandamıza 1:0 hesablı qələbə qazandırıb. Bu, Avstriya toplanışında ikinci qalibiyyət olub.

 

Qeyd edək ki, bunadək “Kayzerslautern” (1:3) və Plzen “Viktoriya”sı ilə (2:1) görüşən komandamız bu gün BƏƏ “Əl-Şəbəb”i ilə də görüşəcək.

Paylaş

// pop up