Avstriyada ilk qələbə

single-news
9 İyl 2024

Avstriyada ilk qələbə



“Qarabağ” – “Viktoriya” (Plzen) – 2:1

 

Komandamız Avstriya toplanışında növbəti yoxlama oyununu keçirib. Tirol bölgəsində hazırlıq keçən Qurban Qurbanovun yetirmələri Çexiya təmsilçisi “Viktoriya” (Plzen) ilə görüşüb.

 

Komandamız meydana aşağıdakı start heyəti ilə çıxıb: Fabiyan Buntiç, Bəhlul Mustafazadə, Kevin Medina, Marko Veşoviç, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Yassin Benzia, Leandro Andrade, Abdullah Zubir, Olavio Juninyo.

 

Görüşdə hesabı komandamız açıb. Leandro Andrade Çexiya təmsilçisini məyus edib. Kabo-verdeli futbolçu fasiləyədək daha bir qol vurub.

 

Qarşılaşmanın ikinci yarısında bir qol qeydə alınıb. Plzen təmsilçisi fərqi minimuma endirib. Beləliklə, komandamız Avstriya toplanışında ilk qələbəsini qazanıb – 2:1.

 

Qeyd edək ki, hazırlıq çərçivəsindəki növbəti matçlar iyulun 16-da keçiriləcək.

Paylaş