Avstriyada ilk sınaq

single-news
6 İyl 2025

Avstriyada ilk sınaq



Komandamız yeni mövsümün hazırlığını davam etdirir. Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” sabah ilk yoxlama oyununa çıxacaq.

 

Komandamız Ukraynanın “Metallist 1925” klubu ilə qarşılaşacaq. Matç yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 19:30-da) başlayacaq. Görüş Sportplatz St.Ulrich stadionunda baş tutacaq.

 

Xarkov təmsilçisinin əsası 2016-cı ildə qoyulub. İlk mövsümdə həvəskarlar liqasında çıxış edən komanda öncə 2-ci, növbəti il 1-ci dəstəyə yüksəlib. 2021/22 mövsümündə Premyer Liqaya yüksələn “Metallist 1925” elitada 3 il mübarizə aparıb. Premyer Liqanı tərk edən komanda ilk mövsümdə geri qayıtmağı bacarıb. Ötən mövsümdə 3-cü yeri tutan Xarkov təmsilçisi pley-offda uğur qazanmaqla elitaya dönüb.

 

Qeyd edək ki, Zell-Am-Seenin Kaprun bölgəsində təlim-məşq toplanışında olan komandamız ümumilikdə 4 sınaq matçına çıxacaq.

Paylaş

// pop up