Avstriyada son gün

single-news
12 İyl 2014

Avstriyada son gün



`Qarabağ`ımızın Avstriyada keçdiyi təlim-məşq toplanışını sona yaxınlaşır. İyunun 21-dən Kössen qəsəbəsində hazırlıq keçən komandamız  adı qeyd olunan ölkədə sonuncu gününü keçirir. Səhəri məşqinə çıxmayan komandamız Bakı vaxtıyla 22:00-da axşam çalışmasına çıxacaq.

Sabah səhər məşqindən sonra isə komandamız Avstriyanı tərk edəcək.  `Qarabağ`ımız yerli vaxtla 16:00-da (Bakı vaxtıyla 19:00) Zalsburq – Valletta reysiylə yola çıxacaq.  Sabaha komandamızın Maltada məşqi nəzərdə tutulmayıb.

Komandamız oyunqabağı son məşqinə  `Ta`qali` stadionunda  bazar ertəsi oyunun keçiriləcəyi vaxtda, 18:30-da (Bakı vaxtıyla 21:30) çıxacaq.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündə `Valletta` - `Qarabağ` oyunu İyulun 15-də saat 21:30-da start götürəcək. 

Paylaş

// pop up