Avstriyada son iki sınaq

single-news
15 İyl 2024

Avstriyada son iki sınaq



Avstriyada təlim-məşq toplanışında olan komandamız sabah iki yoxlama görüşü keçirəcək. Tirol bölgəsindəki hazırlıq prosesinin son oyun günü Xorvatiya “Slaven”i ilə matçla başlayacaq. Belupo təmsilçisi ilə qarşılaşma “Sportplatz Volders”də baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

 

Günün ikinci görüşünün start fiti 19:00-da veriləcək. Komandamız BƏƏ-nin “Əl-Şəbəb” klubu ilə qarşılaşacaq. Matç “Silberstadt Arena”da keçiriləcək.

 

Qeyd edək ki, komandamız Avstriyada keçirdiyi ilk iki matçda “Kayzerslautern” (1:3) və Plzen “Viktoriya”sı (2:1) ilə qarşılaşıb.

Paylaş

// pop up