`Ayağa qalx, Bursa`. 10 milyon üçün qapı-qapı dolaşacaqlar

`Ayağa qalx, Bursa`. 10 milyon üçün qapı-qapı dolaşacaqlar
Türkiyə superliqasında fırtına kimi əsən `Bursaspor` tarixinin ən həyəcanlı anlarını yaşayır. Birincilikdə 3-ci sırada yer alan, liderdən 2 xal geri qalanaraq çempionluq xəyalları quran `ağıyaşıl`lı camiə ilk dəfə Anadoludan çempion olmuş klub şərəfini yaşamaq istəsə də, klubun maddi imkanları buna imkan vermir. Daha doğrusu, komandanın gənc çalışdırıcısı Ertoğrul Sağlamın :` Çempion olmaq və ya avrokuboklara getmək istəyiriksə mütləq 3 səviyyəli futbolçu trasnfer etməliyik` fikiri camiəni ayağa qaldırıb. Klubun maddi imkanlarının yetərli olmaması, bunu reallşadırmağı əngəlləsə də, Türkiyədə ən çılğın tərəfdarlardan sayılan `Bursapsor` tərəfdaları bu məqsədlə toplantı keçiriblər. `Timsah` ləqəbli azarkeş qrupları `Bursaspor` naminə 3 futbolçu üçün gərəkli olan 10 milyon Ytl (təxminən 7 milyon manat) toplamağa qərara gəliblər. Qrupun liderlərindən Yetkin Önürmən nitqində belə deyib:` Kimsə İbrahim Yazıçını (Bursapsporun prezidenti) sevməyə bilər. Hətta nifrət edə bilər. Amma tarixə keçmək istəyiriksə `Bursaspsor` çempionluq şansını qaçırmamalıyıq. Babalaımızın görmədiyni övladlarımızın görməsi üçün mütləq 3 futbolçunu alınması üçün lazım olan məbləği tapmalıyıq. Bunun üçün lazım olsa qapı-qapı dolaşmalıyıq.`
Maraqlıdır ki, azarkeş saytlarında olan bursaspor.com `Ayağa qalx, Bursa` adlı kompaniya da başladıb.