`Ayaks` Cavadovun komandasına ilk məğlubiyyətini yaşatdı.VİDEO

single-news
8 Fev 2010

`Ayaks` Cavadovun komandasına ilk məğlubiyyətini yaşatdı.VİDEO



Hollandiya erediviziyasında turun mərkəzi görüşündə `Ayaks`  həmyerlimiz Vaqif Cavadovun sıralarında olduğu `Tvente`ni qəbul edib. Sabiq `Qarabağ`lının zədə üzündən forma geyinmədiyi maç turnir cədvəli baxımından əhəmiyyətli idi. Belə ki, sırlamada 2-ci və 3-cü sırada qərarlaşmış komandaların oyunu maraq doğururdu. Üstəlik, cari mövsümdə `Tvente`nin məğlub olmaması oyuna əlavə rəng qatırdı. Amma `narıncı` ölkənin ən məşhur komandası Stiv Maklarenin komandasının seriyasına son qoydu. İlk yarıda De Zeuvla Panteliçin qollarıyla önə keçən amsterdamlılar Rommedalın qoluyla hesabı acınacaqlı duruma gətirdi. Macda başqa qol olmayınca `Ayaks` `Tvente` üzərində 3:0-lıq qələbəni rəsmiləşdirdi.

 

`Tvente`nin ilk məğlubiyyəti..

 

Paylaş

// pop up