Əksər Avropa çempionatlarında 10 tur arxada qalıb. Maraqlıdı ki, ötən illərlə müqayisədə hegemonlar qol vurmaq baxımından elə də problem yaşamırlar. Qol sevincini dadanlar arasında “Ayaks”ın liderliyi diqqəti cəlb edir. Hollandiyanın ən nüfuzlu klubu 11 oyunda 33 qol vurması həqiqətən də əla nəticədir. Lakin, Hollandiya çempionatının böyük “5-lik” birincilikləri ilə müqayisədə daha asan olmasına görə “Real”ın uğuru diqqət çəkməyə bilməz. Belə ki, ötən mövsüm çempion olmasına baxmayaraq, darıxıdırcı oyun sərgilətdiyinə görə Kapelloyla yollarını ayıran və Şusteri posta gətirən ispanlar bunun bəhrəsini görməkdədirlər. Alman çalışdırcının yetirmələri 12 oyunda 29 qol, ortalama 2,41 dəfə fərqləniblər. “Real”ı “Roma”, “Arsenal”, Bavariya” izləyir.
- Ayaks 11 oyun 33 qol 3.0 ortalama
- Real 12 29 2.41
- Roma 11 25 2.27
- Arsenal 12 27 2.25
- Bavariya 13 28 2.15
- Lion 14 30 2.14