AZAL-la oyunun hazırlıqları başladı

single-news
15 Mar 2011

AZAL-la oyunun hazırlıqları başladı



`Qarabağ`ımız artıq məşqlərə başladı. Şənbə günü `İnter`lə qarşılaşan komandamız ertəsi yüngül məşqlə kifayətlənmişdi. Meydana çıxmayanların 90 dəqiqə məşq etdiyi çalışmada `İnter`lə görüşdə forma geyinənlər yüngül qaçışla məşq ediblər. Dünən komandamızın çalışdırıcısı Qurban Qurbanov  futbolçulara istirahət vermişdi. Bu gün komandamız 12:00-da klubumuzun bazasına toplaşaraq AZAl-la oyunun hazırlıqlarına start verib. Günün tək məşqi 14:00-a nəzərdə tutulub. Komandamız `Sərin` kompleksinin meydançasında məşq edib.
Komandamızda Aftandil Hacıyev yenidən məşqlərə başlayıb. Müdafiəçimiz sadəcə yüngül hərəkətlərlə kifayətlənib. Digər zədəlimiz Maksim Mevdevin isə hələ də müalicəsi davam edir.
Sabah komandamız eyni saatda Suraxanı qəsəbə stadionunda məşq edəcək. 

Paylaş

// pop up