AZAL - `Qarabağ`. 1:3. Dönüş anı.

single-news
24 Sen 2011

AZAL - `Qarabağ`. 1:3. Dönüş anı.



1`- Oyun başlayır
4`- Azal hücumu... Bogihu hesabı açır
7`- `Qarabağ` iki dəfə ardıcıl həmlə etsə də, nəticəsizdi
13`- Bogihu ikinci dəfə fərqlənməyə yaxın olsa da, Pavıloviç dəqiq oynayır
15`- Hesab bərabərləşir. Vüqarın sağ cinahdan asmasından sonra Arsenyeviç topu öz qapısına göndərir
17`- Roşanın künc zərbəsi təhlükəli olsa da, cahagir topu qarşısını alır
19`- Növbəti hücum... Adamiyanın zərbəsi və top qapıdan az fərqlə aralı keçir
22`- `Qarabağ` hesabda önə keçir. Vüqarın ötürməsini Adamiya tora göndərir
25`- AZAL-da oyunçu dəyişikliyi... Petrovu Tərlan Xəlilov əvəzləyir
28`- `Qarabağ` hücumu... Vüqarın ötürməsi, lakin Roşanın zərbəsi qeyri dəqiq olur
29`- Namiq Yusifov sarı vərəqə alır
30`- `Qarabağ` üçüncü dəfə fərqlənməyə çox yaxın olur. Vüqarın Rəşada ötürməsi, Rəşadın qapıya zərbəsi, lakin topu boş qapıdan çıxarırlar
32`- Daha bir təhlükəli `Qarabağ` hücumu... Telinin baş zərbəsi, lakin dəqiq olmur
35`- Azal hücumu... Limaninin başla zərbəsi qapıdan aralı keçir
37`- `Qarabağ` daha bir təhlükəli hücumu... Vüqarın sağ cinahdan asmasına Roşa çata bilmədi
41`- Adamiya və Mindauqas sarı vərəqə alır
43`- Roşa sarı vərəqə alır
44`- Komandamızın hücumu... Aqollinin asmasına Rəşad Sadiqov zərbə endirə bilmir
45+2`- İlk hissə bitir
46`- İkinci hissə başlayır
48`- Roşa cərimə zərbəsi yerinə yetirir, qapıya doğru zərbə və top qapıçıda qalır
50`- Rəşad Sadıxov sarı vərəqə alır
53`- `Qarabağ` hücumu... Top Azal-ın oyunçusunun əlinə dəyir, lakin hakim penalti vermir
56`- `Qarabağ` fərqlənməyə çox yaxın olur. Arsenyeviçin öz qapısına zərbəsini qapıçı vaxtında dəf edir
60`- Bu dəqiqələrdə komandamız topu daha çox özündə saxlamağa çalışır
62`- Daha bir qol şansımız... Aqollinin sol cinahdan ötürməsi, Roşanın qapıya doğru zərbəsi və top qapıdan aralı keçir
63`- Azal hücumu təhlükəli olsa da, Pavloviç təhlükəni uzaqlaşdırır
67`- Limani sarı vərəqə alır
70`- Son 20 dəqiqə... `Qarabağ`ımız 2-1 öndədir
72`- Azal-da oyunçu dəyişikliyi... Bogihu Ruiz əvəzləyir
74`- `Qarabağ`ın təhlükəli hücumu... Roşa qapıçı ilə təkbətək çıxır, onun qapıya doğru zərbəsi, lakin top qapıdan aralı keçir
76`- Vüqarın qapıya doğru zərbəsi, top qapıdan qayıdır. Qayıdan topa Adamiyanın təkrar zərbəsi və top qapıdan keçir. QOOOL!
77`- `Qarabağ`da oyunçu dəyişikliyi... Vüqar Nadirovu İlqar Qurbanov əvəzləyir
80`- Adamiya 2-ci sarı vərəqə ilə qırmızı vərəqə alır
85`- Son 5 dəqiqə.... Komandamız 3-1 hesabda irəlidədi..
89`- `Qarabağ`da oyunçu dəyişikliyi.. Rəşad Sadiqov və Roşanı Bəxtiyar Soltanov və Tural İsgəndərov əvəzləyir
90`- Oyuna 3 dəqiqə əlavə olunur
90+3`- Oyun bitir

Paylaş

// pop up