AZAL - `Qarabağ`: Canlı...

single-news
21 Noy 2010

AZAL - `Qarabağ`: Canlı...



AZAL  :  Cahangir Həsənzadə, Robert Petrov, Usim Nduka, Aqil Nəbiyev, Elvin Əliyev, Draqan Mandiç, Nuqzar Kvirtiya, Mirko Bunyevçeviç, Viktor İbokoyi, Qvidas Yuşka, Zohair Benouahi

Ehtaiyat oyunçular:  Elşən Poladov, Vüsal Qarayev, Puis İkedia, Samir Abdulov, Eleandro Pema, Anar Həsənov, Hüseyn Axundov

Baş məşqçi:  Nazim Süleymanov

`QARABAĞ`:  Fərhad Vəliyev, Qara Qarayev, Zaur Haşimov, Rəşad Sadiqov, Namiq Yusifov, Elvin Məmmədov, Admir Teli, Ansi Aqolli, Rauf Əliyev,Devran Ayhan, Georgi Adamiya

Ehtiyat oyunçular:  Sahil Kərimov, Aftandil Hacıyev, Elvin Məmmədov, Tural İsgəndərov, Vüqar Nadirov, Aslan Kərimov, Rəşad Kərimov, Murad Səttarlı

Baş məşqçi: Qurban Qurbanov

Hakim:  Elçin Məmmədov

1`- AZAL oyuna başlayır

4`- `Qarabağ` hücumu. Lakin top meydandan çıxarılır. Adamiya künc zərbəsini yerinə yetirir. Qapıçı topu dəf edir

8`- AZAL-ın əks hücumu... Lakin hücumun qarşısı alınır

10`- Qarabağ` hücum qurmağa çalışır. Qapı qarşısına ötürmə, lakin ötürmə bir qədər sürətli olur

12`- Komandamızın əks hücumu... Elvinin Rəşad ötürməsi, lakin müdafiəçilər topu meydandan çıxarır

13`- Adamiya künc zərbəsini yerinə yetirir. Qapı qarşısına ötürmə və qapıçı topu dəf edir

16`- `Qarabağ` hücumu.. lakin hücumun qarşısı alınır

18`- AZAL-ın əks hücumu... Benouahi irəliləyir və Zaur Haşimov hücumun qarşısını alır

20`- Rauf Əliyevdən Adamiyaya gözəl ötürmə, lakin Adamiya topa çatmır

22`- Daha bir hücum... Devran Ayhanın Adamiyaya ötürməsi bir qədər sürətli olur

23`- Künc zərnbəsi yerinə yeirilir, lakin top uzaqlaşdırılır. Hücum davam edir, uzaqdan qapıya doğru zərbə... qapıçı topu dəf edir

25`- `Qarabağ`ın hücumu... lakin Adamiyanın Qara Qarayevə ötürməsi dəqiqi olmur

27`- Rəşad Sadiqovun uzaqdan qapıya doğru qüvvətli zərbəsi... lakin qapıçı topu dəf edir. Adamiya künc zərbəsi yerinə yetirir. Admir Telinin başla qapıya doğru zərbəsi, lakin top qapının yanından keçdi

28`- AZAL hücumu... Fərhad yerindədir

29`- İbakoyi  hakimə etiraza görə sarı vərəqə alır

30`- `Qarabağ`ın növbəti hücumu... Lakin müdafiəçilər topu meydandan çıxarır

31`- Adamiya künc zərbəsi yerinə yetirir. Raufun başla qapıya doğru təhlükəli  zərbəsi, lakin qapıçı son anda topu dəf edir

33`- `Qarabağ`ın əks hücumu... Lakin AZAL oyunçiları qaydanı pozur

34`- Adamiya cərimə zərbəsini yerinə yetirir. Qapı qarşısına ötürmə, top uzaqlaşdırılır

35`- Hücum davam edir. Aqollinin qapıya doğru təhlükəli zərbəsi, qapıçı bu dəfə də topu dəf edir

37`- AZAL-ın oyunçusu Nuqzar Kvirtiya sarı vərəqə alır

38`- AZAL hücumu... Yuşka irəliləyir, qapıya doğru zərbə, lakin zərbə qüvvətli olmur

39`- `Qarabağ` hücumu... Elvin Məmmədov sürətlə irəliləyir. Və ona qarşı qayda pozulur

40`- Dərhal cərimə zərəbəsi yerinə yetirilir. Lakin nəticəsizdir

41`- Aqollinin qapı qarşısına ötürməsi, qapıçı topu dəf edir

43`- AZAL cərimə zərbəsi yerinə yetirir. Lakin Qara Qarayev topu uzaqlaşdırır

44`- Elvin irəliləyir, Aqolliyə ötürmə... lakin hücumun qarşısı alınır. Hücum davam edir... Zaur Haşımovun uzaqdan qapıya doğru zərbəsi, lakin top qapının yanından keçir

45`- AZAL  cərimə zərbəsi yerinə yetirir. Fərhad topu dəf edir

45+1`- Hakim ilk hissənin bitdiyini bildirir

46`- İkinci hissəyə AZAL oyunçu dəyişikliyi ilə başlayır. Yuşkanı Puis İkediaya əvəzləyir

48`- `Qarabağ` hücumu... Elvin irəliləyir, Raufa ötürmə, lakin Raufa zərbə vurmağa imkan verilmir

49`- Hücum davam edir... Aqollinin uzaqdan qapıya doğru qüvvətli zərbəsi, lakin top qapının yanından keçir

52`- `Qarabağ` hücum qurmağa çalışır, müdafiəçilər topu meydandan çıxarır. Adamiyaya künc zərbəsi yerinə yetirir, lakin top uzaqlaşdırılır

54`- `Qarabağ`ın əks hücumu. Aqolli irəliləyir.. Qapı qarşısına ötürmə və top qapının üstündən keçir

56`- AZAL-ın əks hücumu... Puis İkedianın qapıya doğru zərbəsi və top qapıdan aralı keçir

59`- Aqollinin Raufa ötürməsi... Rauf Əliyevin qapıya doğru başla zərbəsi.. lakin top qapı dirəyinə dəyir

61`- Rəşad Sadiqovun qapı qarşısındakı Elvinə ötürməsi.. Elvinin qapıya zərbəsi, lakin zərbə dəqiq olmur

63`- AZAL künc zərbəsi yerinə yetirir, top uzaqlaşdırılır

67`- `Qarabağ` hücum qurmağa çalışır, lakin Elvinə qarşı qayda pozulur

68`- Adamiya cərimə zərbəsi yerinə yetirir  və qapıçı topu dəf edir

72`- AZAL cərimə zərbəsini yerinə yetirir və hesab açılır

75`- AZAL-da növbəti oyunçu dəyişikliyi.. Viktor İbokoyini  Vüsal Qarayev oyuna daxil olur

76`- `Qarabağ`da oyunçu dəyişikliyi.. Vüqar Nadirov Qara Qarayevi, Devran Ayhanı Aslan Kərimov əvəzləyir

77`- Aslan Kərimov sarı vərəqə alır

80`- `Qarabağ` hücum qurmağa çalışır. Raufun qapı qarşısındakı Elvin Məmmədova ötürməsi, lakin Elvin topa çatmır

83`- `Qarabağ`da sonuncu oyunçu dəyişikliyi... Namiq Yusifovu Murad Səttarlı əvəzləyir

85`- AZAL-ın növbəti hücumu... Və top qapıdan keçir. Hesab 2-0

86`- Elvin Məmmədov irəliləyir... Və ona qarşı kobudluq. Elvin Əliyev sarı vərəqə alır

89`- Raufun qapıya doğru təhlükəli zərbəsi, qapıçı topu dəf edir

90+1`- Adamiya irəliləyir.. lakin ona qarşı qayda pozulur

90+3`- Adamiya künc zərbəsini yerinə yetirir, qapı qarşısına ötürmə, lakin top uzaqlaşdırılır. Hakim oyunun bitdiyini bildirir

 

Paylaş

// pop up