AZARKEŞ SEÇİMİ - ƏZMKARLIQ ! ! !

single-news
19 May 2006

AZARKEŞ SEÇİMİ - ƏZMKARLIQ ! ! !



Saytımızda azarkeşlərimiz, sayt ziyarətçilərimiz arasında keçirdiyimiz növbəti sorğumuz başa çatdı. Çempionat və kubok matçlarında "Qarabağ"ın sərgilədiyi oyunda daha çox hansı xüsusiyyətin daha qabarıq şəkildə seçilməsi son sorğunun məzmunu idi. Nəticələr bəllidir. Demək olar ki, əksəriyyət "Qarabağ"ın əzmkar oyun sərgilədiyini düşünənlərdir. Səs verənlərin 36%-i məhz belə fikirdədir. Sürətli oyun və Kollektiv oyun uyğun olaraq 16 və 15% səslə birinci yerdən xeyli geri qaldılar.Qələbəyə "İstək" isə - əvvəlki yerlərdən heç də geri qalmır - 14%. Taktiki gediş, fərdi ustalığı da bəyənənlər az deyil. Səs verənlərin 7%-i belə fikirdə olanlardır... Növbəti sorğumuz ikinci dövrədə komandanın hansı xəttinin öz işinin öhdəsindən daha çox gəldiyi barədə azarkeşlərimizin nə düşünməsi barədədir. Bizə də maraqlıdır ki, "Qarabağ" sevərlər ikinci dövrədə komandanın hansı xəttinin sərgilədiyi futbolu daha çox bəyəndilər. Səs verin və qalibi özünüz seçin...

Paylaş