AZARKEŞLƏR GƏLƏCƏYƏ İNANIR

single-news
29 May 2007

AZARKEŞLƏR GƏLƏCƏYƏ İNANIR



Mövsümün başa çatmasından sonra futbol ictimaiyyəti birinciliyin nəticələrini müzakirə etməkdədir. Daim azarkeşlərin fikirlərinə böyük həssaslıqla yanaşan “Qarabağ” FK-nın rəsmi internet səhifəsinin keçirdiyi daha bir sorğu başa çatdı.  İkinci dövrədə Rasim Karanın gəlişi ilə gəncləşdirmə kursuna üstünlük verən komanda buna öz münasibətini növbəti sorğuda bildirib. Belə ki, səsverməyə qatılan azarkeşlərin əksəriyyətinin bu siyasəti dəstəkləməsi klubumuzun düzgün yolda olduğunu göstərir. Təsadüfi deyil ki, səsvermədə ən böyük qismi nəticənin deyil, gələcəyin önəmli olduğu bildirib(33.3%). Respondentlərin 26.2 faizi gənclərə inandığını söyləyib. 21.7 faiz səsəverən isə komandanın daha yaxşı ola biləcəyini düşünür. 13.4 faiz insan isə qərar verməyin hələ çox tez olduğunu bildirib. Futbolsevərlərin sadəcə 5.12 faizi isə hər şeyin qənaətbəxş olduğunu bildirib.

Növbəti sorğu isə “Qarabağ”ın gələcək mövsüm üçün planlarını özündə birləşdirəcək. Belə ki, sadiq azarkeşlər bu dəfə də “Qarabağ”ın hansı mövqedə dəyişikliklərə ehtiyac olduğuna müraciət bildirəcəklər. Aktiv olun, sevimli komandamızın yenidən qurulmasına dəstək verin.

 

gənclərə inanırıq

         26.2%

daha yaxşı ola bilərdi

  21.7%

nəticə deyil, gələcək önəmlidir

         33.3%

hələ çox tezdir

     13.4%

Hər şey qənaətbəxşdir

       5.12%

 

Paylaş

// pop up