Azarkeşlər "Qarabağ"dan çempionluq gözləyir(ÜÇ NÖQTƏ, 25.03.2005)

single-news
25 Mar 2005

Azarkeşlər "Qarabağ"dan çempionluq gözləyir(ÜÇ NÖQTƏ, 25.03.2005)



Azərbaycan çempionatının lideri Ağdamın "Qarabağ" komandasının rəsmi internet səhifəsində azarkeşlər arasında keçirilən sorğu başa çatıb. Sorğuda "Qarabağ" komandasının builki mövsümdə hansı nəticəni göstərəcəyinə münasibət bildirilib. Məsələyə münasibət bildirən 814 respondentin 462-si "Qarabağ"ın bu mövsüm ölkə çempionu olacağını bildirib. 143 nəfər isə Ağdam komandasının gümüş medal qazanacağına inandığını qeyd edib. Bundan başqa 83 nəfər İqor Ponomaryovun komandasının 3-cü yerlə kifayətlənəcəyini, qalan 126 nəfər isə "Qarabağ"ın ümumiyyətlə mükafatçılar sırasına çıxmayacağına səs verib. Qeyd edək ki, hazırda "Qarabağ" komandası 57 xalla yaxın rəqibini 4 xal geridə qoyaraq turnir cədvəlinə başçılıq edir. Sözügedən komandanın ən yaxşı legionerini müəyyənləşdirmək üçün də azarkeşlər arasında sorğu keçirilir.

Paylaş