AZARKEŞLƏR YENİ MİLLİ KOMANDANI BƏYƏNİRLƏR . . .

single-news
27 Dek 2005

AZARKEŞLƏR YENİ MİLLİ KOMANDANI BƏYƏNİRLƏR . . .



Artıq iki həftəyə yaxın müddətdir ki, saytımız vasitəsilə azarkeşlərimiz və ümumiyyətlə futbol sevərlər arasında hamımız üçün önəmli olan bir suala cavab axtarmağa çalışdıq: Azərbaycan Yığmasının yeni Baş Məşqçisi Şahin Diniyevin açıqladığı Milli Yığma Komandanın yeni heyətinə münasibətiniz? Nəticələr artıq bəllidir. Respondentlər ümumilikdə,heyəti "YAXŞI" qiymətləndirmişlər.Səs verənlərin 42%-i belə fikirdədir. 29% respondent isə, heyəti dəyərləndirməyə çətinlik çəkərək, "NORMAL" deməklə,öz işini bitmiş saymışdır.Amma "ƏLA" və "PİS" deməyə cürət edənlər də tapılmışdır. Belə ki, səsverənlərin 20%-i heyəti bəyənmədiyini, yalnız 7% isə heyətin yüksək səviyyədə olduğunu düşünənlərdir. Növbəti sorğumuz hakimlərin XIV Milli Çempionatda öz işlərinin öhdəsindən necə gəldiklərinə sayt ziyarətçilərimizin verəcəyi qiymət barədədir. Oyunlarda hakimlərimizin səviyyəsi haqqında öz fikirlərini bildirməsi üçün İLK DƏFƏ, Klub saytı olaraq, azarkeşlərə-sizə şans yaradırıq. Aktiv olun,oyunlarda ədaləti təmsil edənləri siz də "ədalətlə"- gördüyünüz kimi qiymətləndirin.

Paylaş