Azarkeşlərdən `forma`lı aksiya

single-news
2 May 2013

Azarkeşlərdən `forma`lı aksiya



`Qarabağ`ımızın yeni formaları satışa çıxar-çıxmaz azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb. Artıq Bakıda bütün `Bazarstore`larda satışa çıxan geyim dəstləri tükənmək üzrədir. Bugün azarkeşlərimiz tərəfindən daha bir maraqlı layihə həyata keçirilib. Belə ki, tərəfdarlarımız toplanaraq Gənclikdəki `Bazarstore`a üz tutublar. `Qarabağ` formaları alan bir qrup gənc məqsədlərinin insanlarda `Qarabağ` formasına olan marağın kütləliviliyinin təmin olunmasıdır.

Onlar yeni formaları ilə şəhərdə gəzərək `Qarabağ`ın təbliğatı üçün çalışacaqlarını ifadə etdilər.

Azarkeşlərimiz belə aksiyaların davamlı  olacağını bildiriblər.

Paylaş

// pop up