Azarkeşlərimiz üçün avtobuslar ayrılacaq

30 İyl 2019
Azarkeşlərimiz üçün avtobuslar ayrılacaq
"Qarabağ"ımız sabah, saat 21:00-da Çempionlar Liqasının II təsnifat mərhələsində "Dalğa Arena"da İrlandiyanın "Dundalk" klubu ilə qarşılaşacaq.
Azarkeşlərin stadiona rahat gedib-qayıtmasını təmin etmək üçün klubumuz tərəfindən xüsusi avtobuslar ayrılıb. Belə ki, sabah 18:30-19:45 arası "Koroğlu" metrostansiyasından "Dalğa Arena"ya avtobuslar hərəkət edəcək. "Qarabağ" loqolu avtobuslara yalnız oyun bileti ilə giriş olacaq. Qarşılaşmadan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan "Koroğlu" metrostansiyasına geri qaytaracaqdır.