Azarkeşlərimizə təşəkkür edirik

single-news
12 Mar 2012

Azarkeşlərimizə təşəkkür edirik



`Qarabağ`ımız premyerliqanın final mərhələsinin ilk turunda `Xəzər-Lənkəran`ı məğlub edərək 3-cü sıraya yüksəldi. Önəmli mücadilədə Georgi Adamiyanın 68-ci dəqiqədə vurduğu qol həlledici oldu. Qələbə qazanmağımızda isə futbolçuların mübarizə əzmini yüksəldən azarkeşlərimizin müdhiş dəstəyi böyük rol oynadı. Oyuna saatlar qala stadiona axışan, stadiona sığmayan azarkeşlərimiz 90 dəqiqə dayanmadan `Qarabağ`ımızı dəstəkləyərək qələbəyə böyük pay verdilər.
`Qarabağ` Futbol Klubu komandanı dayanmadan dəstəkləyən fan-klublara, yerli camaata,ümumiyyətlə ürəyi `Qarabağ`la döyünən hər bir şəxsə `Xəzər-Lənkəran`la oyunda verdiyi dəstəyə görə təşəkkür edir. Ümid edirik ki, möhtəşəm dəstəyiniz qarşıdakı oyunlarda da davam edəcək və birlikdə daha böyük zirvələrə yüksələcəyik.
Unutmayın, biz birlikdə güclüyük...

Paylaş

// pop up