Azarkeşlərimizin nəzərinə !
2 Okt 2018
Azarkeşlərimizin nəzərinə !
UEFA Avropa Liqasının qrup mərhələsinin II mərhələsində “Qarabağ”ımız oktyabrın 4-ü Bakı Olimpiya Stadionunda "Arsenal"ı qəbul edəcək. Azarkeşlərimizin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq klubumuz tərəfindən azarkeşlərin xidmətində olacaq. Azarkeşlərimiz avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl- saat 17:55-dən etibarən istifadə edə bilər.
Qeyd edək ki, qapı girişlərində quraşdırılan turniketlərdən bir azarkeşimiz bir biletlə tribunalara daxil ola bilər.
Qeyd edək ki, “Qarabağ”ımızın "Arsenal"la matçına bilet satışa davam edir.
