Azarkeşlərimizin nəzərinə !

23 Okt 2018
Azarkeşlərimizin nəzərinə !
UEFA Avropa Liqasının qrup mərhələsinin III mərhələsində “Qarabağ”ımız oktyabrın 25-i Bakı Olimpiya Stadionunda "Vorskla"nı qəbul edəcək. Azarkeşlərimizin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq klubumuz tərəfindən azarkeşlərin xidmətində olacaq. Azarkeşlərimiz avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl- saat 17:55-dən etibarən istifadə edə bilər.
Qeyd edək ki, “Qarabağ”ımızın "Vorskla"yla matçına bilet satışa davam edir.