AZARKEŞLƏRİN SEÇİMİ: BERAYA QARDAŞLARI VƏ ROMAL HÜSEYNOV

single-news
24 Fev 2006

AZARKEŞLƏRİN SEÇİMİ: BERAYA QARDAŞLARI VƏ ROMAL HÜSEYNOV



XIV Azərbaycan Çempionatının ikinci dövrəsinə start verildi. Buna qədər isə, klublar yaranmış fasilədən maksimum yararlanmaq məqsədilə sıralarını gücləndirmək, bununla da iddialarını artırmaq üçün işlər apardılar. Komandamız da istisna təşkil etmədi. Yeni Baş Məşqçi ilə yanaşı heyətə 11 yeni futbolçu cəlb olundu. Klubumuzun rəsmi veb-səhifəsi isə, klub tərəfindən aparılmış transferlərə azarkeşlərin münasibətini öyrənmək üçün sorğu keçirdi. Sorğuya bu gün yekun vurduq və nəticələrlə sizi də tanış edirik: Beləliklə, yalnız bir futbolçuya səs vermək şansı əldə edən respondentlər seçim etməkdə çətinlik çəkdikləri açıq-aşkar seçilir. Yeni transferlərimizin topladıqları səs faizləri bunu deməyə əsas verir. Bununla belə, Beraya qardaşları və Romal Hüseynov nisbətdə daha çox səs toplamışlar- 14%. Sonrakı yeri 10% səslə Azər Məmmədov tutdu. Sergey Sokolov, Elmir Xankişiyev və Boyan İliç 8% səslə sonrakı yerləri tutdu... Yeni sorğumuz Azərbaycan Kubokunda növbəti oyunla əlaqədardır. "Qarabağ"ın "Bakı" ilə oyunundan azarkeşlərin nə gözlədiyi bizdə də maraq doğurur. Aktiv olun, səs verin.

Paylaş