Azərbaycan derbisi: 11 İyulda!!!

single-news
2 İyl 2012

Azərbaycan derbisi: 11 İyulda!!!



Gerçəkləşdi...Şimal və Cənubun 2 ən böyük klubu qarşılaşacaq. Hələ Yanvarda klubumuzun direktoru Emrah Çelikel azarkeşlərə söz vermişdi: Bu oyun baş tutacaq! Və həmin söz tutuldu!
`Qarabağ`ımız Cənubi Azərbaycanın ən məşhur klubu, Azərbaycanımızın tarixi paytaxtı olan Təbrizi təmsil edən `Traktorsazi` ilə qarşılaşacaq. Əslində `Qarabağ`ımızın planında İyulun 11-də yoxlama oyunu keçirmək planı yox idi. Amma komandamızın baş məşqçisi Qurban Qurbanov ümummilli maraqları nəzərə alıb tarixi oyunun keçirilməsinə şərait yaratdı.
Beləliklə, Azərbaycanımızın 2 komandası iyulun 11-də qarşı-qarşıya gələcək.  Oyunu saytımız anbaan diqqətinizə çatdıracaq.
Xatırladaq ki, `Traktorsazi` Cənubi Azərbaycanın Təbriz şəhərini təmsil edir. Başa çatan mövsümdə çempionluğu 1 xalla qaçıran təbrizlilər  Asiya Çempionlar Liqasında iştirak edəcəklər.  `Traktorsazi`  ev oyunlarını ortalama 60000 Azərbaycanlının dəstəyi ilə keçirir.

Paylaş

// pop up