Azərbaycan derbisi: rəqəmlərin dili ilə. 54-cü duelə doğru...

single-news
14 May 2010

Azərbaycan derbisi: rəqəmlərin dili ilə. 54-cü duelə doğru...



Sabah premyerliqanın sonuncu turu start götürəcək. Azərbaycan derbisində `Qarabağ`ımız `Neftçi`nin qonağı olacaq. Şübhəsiz bütün çempionatların iştirakçılarının dueti hər zaman maraq doğurub. 18 illik dönəmdə 53 dəfə qarşılaşan rəqiblər dueli daim gəriginliyi ilə seçilib. Amma son illərdə komandamızın rəqib önündə üstünlüyü diqqət çəkir. Axırıncı dəfə 2007-ci ilin aprelin 27-sində Suraxanı qəsəbə stadionunda əzəli və əbədi rəqibinə məğlub olan komandamız həmin tarixdən sonra 9 oyunda rəqibinə qələbə sevinci yaşatmamaqla yanaşı cəmi bir dəfə qapısında qol görüb (ötəmn mövsümdə Suraxanıda Elmar Baxşıyev fərqlənmişdi – 1:1).

 

`Neftçi` - `Qarabağ` duelləri ilə bağlı maraqlı faktlar

*** İndiyə kimi tərəflər arasında 53 oyun keçirilib

***  53 oyunda `Qarabağ` 16, `Neftçi` 15  qələbə qazanıb. 21 oyun heç-heçə nəticələnib

***  53 oyunda `Neftçi` 48, `Qarabağ` isə 40 qol vurub

***  `Qarabağ` `Neftçi`yə 1114 gündü məğlub olmur

***  Əzəli derbidə `Qarabağ` 6 oyundu qapısında qol görmür

***  `Qarabağ` - `Neftçi` duellərində ən çox qol vuran futbolçu Müşfiq Hüseynovdur (8).

***  `Neftçi`nin heyətində `Qarabağ`a ən çox qol vurmuş Qurban Qurbanovdur (5)

***  `Qarabağ` baş məşqçisi Qurban Qurbanov, köməkçisi Müşfiq Hüseynovdur

***  Nazim Əliyev, Georgi Adamiya, Tərlan Əhmədov, Vidadi Rzayev hər 2 komandanın heyətində fərqlənən futbolçulardır

*** Səttar Əliyev `Neftçi`yə qol vurmaqla yanaşı bir oyunda avtoqola imza atıb.

*** Duellər tarixində 2-ci avtoqola isə Elxan Müslümov imza atıb (`Qarabağ`)

*** Duellər ərzində tərəflər hərəyə 2 dəfə (`Qarabağ` - Mehman Alışanov, Emin Salmanov. `Neftçi` -  Qurban Qurbanov, Yunis Hüseynov) penaltidən qola seviniblər.

*** `Neftçi` sonuncu dəfə `Qarabağ`ı yendiyi zaman (27 aprel 2007, 0:2) baş məşqçisi Qurban Qurbanov olub. Qollardan birinə isə Adamiya imza atıb.

*** Tərəflər arasında mücadilə ən çox 2003-04 mövsümündə azarkeş toplayıb (15500)

*** `Qarabağ` - `Neftçi` arasında vərəqəsiz çempionat olmayıb

*** İndiyə kimi derbidə 9 qırmızı vərəqə göstərilib

*** Aslan Kərimov  2 dəfə meydanı tərk etməklə liderdir

*** Qırmızı vərəqə alanlardan Arif Əsədov `Neftçi`nin baş məşqçisi, Elçin Rəhmanov isə `Qarabağ`ın məşqçisidir

*** `Qarabağ`ın çalışdırcısı `Qarabağ`a, Arif Əsədov isə `Qarabağ`lıykən `Neftçi`yə qol vurub

*** Hazırda 9 futbolçumuz hər 2 komandanın heyətində top qovub

*** Tərəflər ən Respublika stadionunda qarşılaşıblar. 24 dəfə

*** İndiyə kimi tərəflər 5 şəhər, 4 qəsəbə, 11 stadionda üz-üzə gəliblər

*** Derbini ən çox Xəqani Məmmədov (11), Vüsal Əliyev və Rövşən Əhmədov idarə ediblər (6)

Qeyd: Bu araşdırma `Qarabağ` Futbol KLubu mətbuat xidmətinindir. İstifadə zamanı istinad zəruridir..

Paylaş

// pop up