AZƏRBAYCAN FUTBOLU NAMİNƏ . . .
6 Okt 2005
AZƏRBAYCAN FUTBOLU NAMİNƏ . . .
AFFA-nın mənzil qərargahında klub prezidentlərinin görüşündə ötən mövsümdə çatışmamazlıqlar müzakirə olunmuş, yeni mövsümdə bunların təkrar olunmaması üçün konkret fikirlər irəli sürülmüşdür. Çatışmamazlıqlar kimi, hakimlərə verilən qonararların azlığı da müzakirə olunan məsələlərdən biri olmuşdur. Bu səbəbdən klub prezidentləri hakimlərin maddi durumunun yaxşılaşdırılması, bu yolla da onların matçlara daha məsuliyyətli yanaşması üçün yardım təklifini irəli sürmüşlər. AFFA rəhbərliyi də bu təklifi bəyəndiyindən klublar hakimlərin qonararlarının artırılması üçün yaradılmış fonda istədikləri qədər köməklik etmək imkanı qazanmışlar. Bu yolla Klublar hakimlərin matçlarda tərəfsiz, ədalət təmsilçisi olmaları üçün stimul yaratmaq istəmişlər.
“Qarabağ” Futbol Klubu rəhbərliyi də hakimlərin matçlarda daha diqqətli, tərəfsiz oyun idarəetmələrini istəyir və bu yöndə AFFA-nın apardığı bütün işləri dəstəkləyir. Buna söz olaraq deyil, həm də əməldə göstərən Klubumuz yaradılmış hakimlərin qonararlarını artırılması fonduna 45 milyon manat pul köçürmüşdür. Bununla “Qarabağ” FK digər klubları da buna səsləyərək, hakimlərin bundan sonrakı turlarda öz işlərinə daha da məsuliyyətlə yanaşacağına, oyunları tərəfsiz idarə edəcəyinə əminliyini bildirir, bunun nəticəsi olaraq isə sonda Azərbaycan Futbolunun qazanacağına inanır.