AZƏRBAYCAN KUBOKU: FİNALIN CIZGİLƏRİ . . .
13 Apr 2007
AZƏRBAYCAN KUBOKU: FİNALIN CIZGİLƏRİ . . .
Azərbaycan Kuboku uğrunda yarımfinal, ilk görüşləri keçirildi. Bakının “İnter” komandası “Şəfa” stadionunda “Xəzər Lənkəran” komandasını qəbul etdi. Gərginliyi ilə yadda qalan oyunda hakim 7 dəfə sarı vərəqə, bir dəfə isə qırmızı vərəqə göstərmək məcburiyyətində qaldı. Nəticə isə cənub təmsilçisi üçün daha məqbul oldu. 51-ci dəqiqədə Rəşad Abdullayevin kuryoz qolu cavab oyununda “İnter”i çətinə saldı. Oyun sonrası Ağasəlim Mircavadov Komandasının gözəl oyun nəticəsində qalib gəldiyini dilə gətirdi. Valentin Xodukin isə, qol epizodunda millinin qapıçısının reaksiya verməməsindən təəssüfləndiyini bildirdi...
Digər yarımfinal qarşılaşması isə İmişldə keçirildi. Yerli “MKT-Araz” komandası “Neftçi” komandasını qəbul etdi. “Neftçi” Mətbuat Xidmətinin Rəhbəri Səbuhi Səfiyarlının verdiyi məlumata görə, flaqman qələbəyə daha yaxın olsa da, matç qolsuz bərabərliklə nəticələndi. Cavab qarşılaşmasında hər iki rəqibin finala çıxması üçün vuruşacaqlarını təhmin etmək o qədər də çətin deyil....