AZƏRBAYCAN KUBOKU, İLKİN TƏSNİFAT MƏRHƏLƏSİ: "QARABAĞ - 2" 8 - 0 "ŞƏRUR"

single-news
6 Sen 2006

AZƏRBAYCAN KUBOKU, İLKİN TƏSNİFAT MƏRHƏLƏSİ: "QARABAĞ - 2" 8 - 0 "ŞƏRUR"



"QARABAĞ-2" (start heyəti) - Vadim Naumov, Rafiq Əliyev, Fərrux Rəhimov, Namiq Yusifov, Mehran Əliyev, Fərid Haqverdiyev, Şahin Xasaylı, Yasin Yaqubov, Orxan Bəşirov, Əfran İsmayılov, Rza Qafarlı. Baş Məşqçi: Elşad Xudadatov. Oyun "Qarabağ-2" Futbol komandamızın rəsmi olaraq, ilk oyunu olduğundan əlamətdar idi. Bu tarixi futbolçular qızıl hərflərlə yazmaq üçün bu oyundan azı minimal qələbə ilə ayrılmalı idilər. Onlar isə tam fərqli düşünürdülər - "Bu oyunda yalnız böyükhüsablı qələbə !" Oyunun gedişi göstərdi ki, komandamız heç də təkcə nəticəyə deyil, həm də gözəl oyuna üstünlük verir. Yeni yaranmasına baxmayaraq, əsasən "Qarabağ" uşaq futbolunun yetirmələrindən təşkil olunmuş komanda ötürmələrdə, qurulmuş kombinasiyalarda bir-birini çox gözəl başa düşürdü ki, bu da oyunun nəticəsində əks olundu. İlk hissədə iki top vuran "Qarabağ-2" ikinci hissədə bu rəqəmi dördə vuraraq, 1/16 final mərhələsinin qapısını bütünlüklə açdı. Matçda qollara gəlincə, Əfran İsmayılovun het-trik etdiyi oyunda Fərid Haqverdiyev və Rauf Əliyev dubla imza atdılar. Mehran Əliyev də öz aktivinə ilk topu yaza bildi... Cavab qarşılaşması 09.09.2006-cı il tarixində Sumqayıt şəhər stadionunda keçiriləcək.

Paylaş