Azərbaycan kubokunun püşkü atıldı
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
Azərbaycan kubokunun püşkü atıldı
Azərbaycan Kubokunun püşkü atılıb. AFFA-nın inzibati binasında keçirilən mərasimdə 21 klub iştirak edib.
Bunlardan 12-si Premyer Liqa, 9-cu I divizion təmsilçisidi. I divizionun 4 klubu – `Şahdağ`, `Göyəzən`, `Şəmkir` və `Energetik` kubokdan imtina edib.
1/16 finalda Premyer Liqadan yalnız 1 klub iştirak edəcək ki, bu da `Kəpəz`di. Qalan Premyer Liqa təmsilçiləri mübarizəyə 1/8 finaldan qoşulacaq. Son çempion `Neftçi` `Tərəqqi` – `Ağsu` cütünün qalibini, `Xəzər Lənkəran` Premyer Liqada uduzduğu `Turan`ı sınağa çəkəcək. Premyer Liqanın sürpriz liderləri – AZAL – `Simurq` kubokda münasibətlərinə aydınlıq gətirəcəklər.
Əsasnaməyə uyğun olaraq Azərbaycan Kubokunun 1/4 finalınadək komandalar qalibi bir oyunda müəyyən edəcək. 1/4 final mərhələsinindən başlayaraq isə cütün qalibi ev və səfər oyunlarında alınmış nəticələrə görə müəyyən ediləcək.
1/16 final
24 oktyabr
Tərəqqi – Ağsu
MOİK – Bakılı
Şuşa – Neftçala
Qaradağ – Lokomotiv
Qala – Kəpəz
1/ 8 final
28 noyabr
AZAL – Simurq
Tərəqqi//Ağsu – Neftçi
Qəbələ – Qaradağ//Lokomotiv
Qala//Kəpəz – Qarabağ
Bakı – Sumqayıt
MOİK//Bakılı – İnter
Rəvan – Şuşa//Neftçala
Turan – Xəzər Lənkəran