AZƏRBAYCAN KUBOKUNUN YARIMFİNALÇILARI MÜƏYYƏNLƏŞDİ.

single-news
15 Mar 2005

AZƏRBAYCAN KUBOKUNUN YARIMFİNALÇILARI MÜƏYYƏNLƏŞDİ.



Bu gün Azərbaycan Kuboku uğrunda 1/4 final cavab görüşləri keçirildi. "Şəfa" stadionunda "İnter" "Neftçi" klubunu qəbul edirdi. İlk dəqiqədən "Neftçi" komandasının oyunçusu Ruslan Abbasovun oyundan çıxarılması "İnter"ın ilk hissədə ərazi üstünlüyü qazanmasına gətirib çıxardı. Lakin flaqmanın həmişəki kimi özünəməxsus oyunu hətta bəzi anlarda hesabda irəli çıxmasına da səbəb ola bilərdi.İlk oyunun 0:0 nəticələnməsi, bu oyunda da hesabın açılmaması komandalara əlavə 30 dəqiqə də hesabı dəyişmək şansı verdi.Əlavə olunmuş vaxtın ilk hissəsində "Neftçi"nın daha bir oyunçusu meydandan çıxarıldı. Bu zaman "Bakı"-"Qarabağ" oyununu xatırlamamaq olmazdı. Lakin burada 9 nəfərlə oynayan "Qarabağ" olmadığından, azarkeşlər qol sevinci də yaşamadılar. Final fiti qalibi müəyyənləşdirmədiyindən, 11 metrəlik cərimə zərbələri qalibi müəyyənləşdirməli oldu. Burada isə, əvvəl Çordaş, sonra isə Rəşad Sadıqovun zərbələri "İnter"ı yarımfinala çıxardı. Digər yarımfinalşılar isə,"Gənclərbirliyi"ni 3:1 hesabı ilə məğlub edən "MKT-Araz", "Karat"ı məğlub edən "Bakı" və "MOİK" klubunu məğlub edən "Xəzər-L" klublarıdır.

Paylaş