Azərbaycan millisi Almaniyaya 7 `Qarabağ`lı ilə
Azərbaycan millisi Almaniyaya 7 `Qarabağ`lı ilə
Son rəsmi oyunlara ilkin olaraq 20 futbolçu çağıran Foqts ardından ehtiyat siyahıdan üç futbolçuya da dəvət göndərdi. Bunlar orta sahə oyunçuları Zeynal Zeynalov, Rahid Əmirquliyev və Cavid İmamverdiyevdir. Nəticədə səfərə çıxan futbolçuların sayı 22-ə çatıb. Foqtsun təşəbbüsü və “İnter” klubunun razılığı ilə Bundesliqa təmsilçisi “Hannover-96” klubunun təlim-məşq toplanışında iştirak edən gənc qapıçı Səlahət Ağayev millinin hazırlığına elə Almaniyada qoşulacaq.
Nəzərinizə çatdıraq ki, millinin heyətində 7 `Qarabağ`lı futbolçu Almaniyaya yollanıb. Daha bir `Qarabağ`lı, millinin kapitanı Rəşad Sadıqov isə zədə səbəbindən yığmadan aralı düşüb.
Qapıçılar: Fərhad Vəliyev (“Qarabağ”), Kamran Ağayev (“Xəzər-Lənkəran”), Səlahət Ağayev (“İnter”)
Müdafiəçilər: Elnur Allahverdiyev, Maksim Medvedev (hər ikisi “Qarabağ”), Samir Abbasov, Mahir Şükürov, Vladimir Levin (“İnter”), Saşa Yunisoğlu (“Bakı”), Ernani Pereyra (“Karvan”), Rail Məlikov, Ruslan Abışov (hər ikisi “Neftçi”)
Yarımmüdafiəçilər: Elmar Baxşıyev (“Neftçi”), Aleksandr Çertoqanov, Cavid Hüseynov (hər ikisi “İnter”), Rəşad Sadiqov, Elvin Məmmədov (hər ikisi “Qarabağ”), Zeynal Zeynalov (“Standard”), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”), Cavid İmamverdiyev (“Karvan”)
Hücumçular: Vüqar Nadirov, Vaqif Cavadov (hər ikisi “Qarabağ”), Daniel Axtyamov (“Simurq”)