AZƏRBAYCAN MİLLİSİ POLŞAYA UÇDU

single-news
22 Mar 2005

AZƏRBAYCAN MİLLİSİ POLŞAYA UÇDU



Azərbaycan Milli Yığma Komandası 2006-cı il Dünya Çempionatının seçmə matçını keçirmək üçün Polşaya yola düşdü. Bir həftə ərzində Ploçk şəhərciyində toplanış keçirəcək və qarşıdakı iki matça hazırlıqlarını məhz burada davam etdirəcək.Bu zaman ərzində Karlos Alberto Torres komandanın oyunçularının funksional imkanlarını yaxşılaşdırmaq və xətlər arasında anlaşmanı artırmağa nail olacağına ümid edir. Baş məşqçının sözlərinə görə, futbolçular üçün normal məşq keçmək üçün hər cür şərait yaradılacaq.Toplanışın sonunda Millimiz Varşava şəhərinə yola düşərək orada məşqlərini Polşa millisi ilə keçirəcəyi meydanda davam etdirəcək.

Paylaş