Azərbaycan Prezidenti İlham Əliyev: "Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir" - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev: "Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir" - VİDEO
"Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir və qol sayıla biləcək vəziyyətdə demişdir ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil".
Bu sözləri Prezident İlham Əliyev Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında tarixi uğura imza atmış Azərbaycan millisinin üzvlərini qəbul edərkən deyib.
“Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik. İdman yarışlarında, yəni, feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Çünki bilirsiniz, qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir, onun həyatında, necə deyərlər, böyük iz buraxır. Ancaq qələbədən daha vacib ləyaqətdir və biz müharibəni ləyaqətlə aparmışıq”, – dövlət başçısı vurğulayıb.
