AZƏRBAYCANIN “ÇELSİ”Sİ, YOXSA...

single-news
29 İyl 2005

AZƏRBAYCANIN “ÇELSİ”Sİ, YOXSA...



Püşkatma ən münasib rəqib kimi “Xəzər-L”-nın üzünə gülmüşdü... İlk baxışdan. Amma.... Amma ilk görüşdən sonra 1:3-ün təsadüf olduğuna hətta bizi də inandırmışdılar. Biz də ikinci oyunda hər şeyin gözlədiyimiz kimi olacağına inanırdıq. Hətta Moldova mətbuatı da “Xəzər-L”-nın çətin rəqib olduğunu, turu adlamağın çətinliyini ön plana çəkirdilər. Yenə də amma... ...Amma “Xəzər-L” ona olan ümidləri puç etdi. O, Azərbaycanın adlı sanlı əksər futbolçularını öz heyətinə cəlb edərək, öz heyətini gücləndirməklə yanaşı, rəqib komandaları da zəiflətdilər. Amma ilk baxışdan. Kimin zəif, kimin güclü olduğunu isə keçirilən matçlar göstərdi. Həddindən artıq zəif oyunla ikinci matçda həm öz klublarının, həm də Azərbaycan futbol tarixinin qara səhifəsinə birini də əlavə etdilər. Matçdan əvvəl..... Matçdan əvvəl rəqib “Hər şeyi “Xəzər” fikirləşməlidir, biz öz işimizi görmüşük” deyərək daşı klubumuzun bostanına atdı. Klubumuz isə, Milan – Liverpul matçını xatırlatdaraq, bizi Liverpula bənzətdi. Matç başlayana qədər.... Matç.... “Xəzər-L” edə bildiyini yalnız ilk dəqiqədə etdi. Onda isə bəxti çağırsaq da, o da klubdan üz döndərdi. Sonra isə hər şeyi rəqib etdi. İki top vuraraq, özlərinin mətbuatında yazdıqları kimi, Azərbaycanın “ “Çelsi”sini “ darmadağın etdilər."Xəzər-L" isə bu qollardan yalnız birinin əvəzini çıxdı: 1:2. Matçdan sonra.... Artıq nə biz Liverpul idik, nə də Nistru Milan... Bunu da “Xəzər-L”nın baş məşqçisi dedi. Hətta istefa verə biləcəyini də dedi. Yenə də amma... Rəhbərliyin qərarından sonra. . . “Qarabağ”dan.... Biz istəyirdik ki, siz tur keçəsiniz. Bütün AZƏRBAYCANLILAR kimi. Amma bu futboldur. Bu futbolda isə, yenilən tərəf bu dəfə də azəri klubu olduğundan çox heyfsilənirik. Çünki, belə rəqiblə turu keçmək o qədər də çətin deyildi. Ən azı rəqibin “Anderlext”, hətta "Jilina" olmadığına görə. . .

Paylaş