Azərbaycanın ən yaxşı futbolçuları: İlk üçlük “Qarabağ”dan

single-news
30 Dek 2026

Azərbaycanın ən yaxşı futbolçuları: İlk üçlük “Qarabağ”dan



Azərbaycanda 2025-ci ilin ən yaxşı futbolçuları müəyyənləşib. Bu, “Futbol+” qəzetinin tarixində 27-ci dəfə təşkil etdiyi ənənəvi sorğunun nəticələrinə əsasən məlum olub.

Səsvermədə ilk üç yeri klubumuzun futbolçuları tutub. 2025-ci ilin Azərbaycanın ən yaxşı futbolçusu adına “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev layiq görülüb.

Səsvermədə yığmamızın üzvü ən yaxın izləyicisi olan həm milli, həm klubdakı komanda yoldaşı Bəhlul Mustafazadəni qabaqlayıb. İlk “üçlüy”ü Toral Bayramov qapayıb.

Qeyd edək ki, “Top-10”da komandamızın daha bir futbolçusu yer alıb. Nəriman Axundzadə səsvermədə 7-ci yeri tutub.

Paylaş

// pop up