Azərbaycanın qüruru 218-ci pilləyə yüksəldi

1 Apr 2011
Azərbaycanın qüruru 218-ci pilləyə yüksəldi
`Qarabağ`ımız daha 27 pillə irəlilədi. Son illərdə Azərbaycanın yeganə qüruru `Qarabağ` Futbol Klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən hər ayın əvvəlində açıqlanan siyahısında 218-ci pilləyə yüksəlib. Son 2 ildə Azərbaycanı Avrokuboklarda başarıyla təmsil etmiş `Qarabağ`ımız Martda keçirdiyi bütün oyunlarda qələbə qazanmaqla 245-ci pilləni 218-ə dəyişib. 388 komanda arasında 81,5 xala malik olan, Azərbaycanın siyahıda tək təmsilçisi`Qarabağ`ımız `Everton`, `Aston Villa`(Hər ikisi İngiltərə),`River Pleyt` (Argentina), `Bursaspor`(Türkiyə) `,`Nürnberq`, `Hoffenhaym` (Almaniya) kimi qabaqlayır.